AZ

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi həbs olundu -GƏNCƏNİN SABİQ BAŞÇISI RASİM DAŞDƏMİROVUN OĞLUDUR

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib.

 

Senzor.az bildirir ki, bu barədə Binəqədi rayon Məhkəməsində qərar qəbul edilib.

 

Belə ki, R. Daşdəmirov Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. O, xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub. Onlardan Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham verilib.

 

Qeyd edək ki, Rəşad Daşdəmirov 1994-2000-ci illərdə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı işləmiş Rasim Daşdəmirovun oğludur. 

Seçilən
13
4
senzor.az

10Mənbələr