AZ

Səhhəti pisləşən Kamal Quliyev kömək istəyir - Video

style='margin-bottom:10px;'>

Azərbaycanın futbol üzrə milli komandasının və “Neftçi”nin sabiq üzvü Kamal Quliyevin səhhətində ciddi problemlər yaranıb.

QOL.az xəbər verir ki, o, bununla əlaqədar videomüraciət yayaraq AFFA-dan və futbol ictimaiyyətindən maddi dəstək istəyib.

K.Quliyev bir neçə gün əvvəl verdiyi müsahibədə 40 min manata ehtiyacı olduğunu və qaraciyərinin dəyişdirilə biləcəyini deyib.

K.Quliyev 1999-2005-ci illərdə Azərbaycan millisində oynayıb. Hazırda 49 yaşı olan veteran futbolçu 2011-2014-cü illərdə “Neftçi”də məşqçi, 2014-2016-cı illərdə “Neftçala” komandasında baş məşqçi işləyib.

Seçilən
34
2
teleqraf.com

4Mənbələr