AZ

“Azərişıq” ASC Xocavənd rayonunun elektrik şəbəkəsini yeniləyir

Bakı.Trend:

Doğma yurda köç edən sakinlərin keyfiyyətli elektrik enerjisiilə təmin olunması məqsədilə “Azərişıq” ASC Xocavəndin elektriktəsərrüfatını yeniləyir.

Trend xəbərverir ki, bu barədfə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Cənab Prezident İlham Əliyevin tapşırıqlarınaəsasən həyata keçirilən yenidənqurma işləri nəticəsində Zoğalbulaqqəsəbəsində və şəhər ərazisində 35/04 kV-luq yeni yarımstansiyalartikilib.

Hadrut, Qırmızı Bazar qəsəbələri, Sos kəndinə köçürülən ailələrüçün 0.4 kV-luq elektrik şəbəkəsi yenilənib. Eləcə də, 10 və 35kV-luq hava xətlərində, mövcud transformator məntəqələrindətəmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb.

Hazırda şəhər ərazisi ilə yanaşı Çörəkli, Güneyxırman, Qarakənd,Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləridavam edir.

Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təminolunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsiməqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında mərhələlişəkildə elektrik şəbəkəsinin yenilənməsi işlərini davametdirir.

Seçilən
25
12
az.trend.az

10Mənbələr