AZ

Meydan TV işi üzrə məhkəmə başladı

Bakı Jurnalistika Məktəbinin (BJM) direktor müavini Ülvi Tahirov, Meydan TV-nin baş redaktoru Aynur Qəmbərova, jurnalistləri Natiq Cavadlı, Aytac Tapdıq, Aysel Umudova, Ülviyyə Quliyeva, Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə, həmçinin müstəqil jurnalist Nurlan Qəhrəman, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev, foto-müxbir Əhməd Muxtarın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsndə hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.

Dövlət ittihamını Baş Prokurorluğun dövlət ittihamı idarəsinin Ağır Cinayətlər üzrə prokuroru Elgin Qafarov təmsil edir.

Hazırda proses davam edir.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Meydan TV əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

Seçilən
28
4
publika.az

3Mənbələr