AZ

Tokayev: "Ümidvarıq ki, Bakı-İrəvan sülh müqaviləsi tezliklə imzalanacaq"

BusözləriQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən "Beynəlxalq Sülh və Etimad İli – 2025" forumunda çıxışı əsnasında dilə gətirib. O vurğulayıb ki, tərəflərin hərtərəfli razılığa gəlmələri Cənubi Qafqazda sabitliyə töhfə verəcək:

"Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət daşıyır. Bu həmçinin regionda və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq istiqamətində geniş perspektivlər açacaq".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə sülh müqaviləsi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
17
2
azvision.az

3Mənbələr