AZ

Laçın Hava Limanı və Xankəndidə giriş çıxış qeydiyyatı üçün 2.4 milyon manat ayrıldı

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunukasiya İdarəsi Laçın Hava Limanı və Xankəndidə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) üzrə sərhəd nəzarəti və sənəd fərdiləşdirmə sistemlərinin quraşdırılması üçün avadanlıq, lisenziya və proqram-texniki təminatın satın alınması məqsədilə tender elan edib.

Avtosfer.az xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 2 milyon 453 min 347.6 manat təşkil edir.

Tenderə yanvarın 14-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
1
avtosfer.az

2Mənbələr