AZ

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8,9 faiz artıb

Bakı, 12 dekabr, AZƏRTAC

2025-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 13 milyard 233,4 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 9975,6 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

2025-ci ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 1292 manatlıq və ya 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə nominal ifadədə 175,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Seçilən
90
12
azertag.az

10Mənbələr