AZ

“Meydan” TV işi üzrə məhkəmə başlayıb


“Meydan” TV işi üzrə məhkəmə başlayıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılıb müdafiəçilərinin yanında əyləşmələri ilə bağlı vəsatət təmin edilib. Bildirilib ki, bu, növbəti iclasda icra olunacaq.
Prosesdə cinayət işinə xitam verilməsi ilə bağlı da vəsatət verilib. Vəsatət təmin olunmayıb.
Aynur Elgünəşin vəkili onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib, müvəkkilinin səhhətində problem olduğunu bilidirib.
Digər vəkillər də müvəkkilləri barəsində həbsin ev dustaqlığı ilə əvəzlənməsini xahiş ediblər.
Vəsatətlər təmin edilməyib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 22-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin dekabr ayında “Meydan” TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Seçilən
43
50
yeniavaz.com

10Mənbələr