Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 407,5 min ton həcmində metanol (metil spirit) istehsal olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Bu, 2024-cü ilin 11 ayı ilə müqayisədə 13 % azdır.
Bu il dekabrın 1-nə 33,8 min ton hazır məhsul qalığı yaranıb.
Qeyd edək ki, metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir.
2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.