AZ

Heydər Əliyevin anım günü Daşkəsəndə dərin ehtiramla qeyd edilib - FOTOLAR

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anım günü münasibəti ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, kollektivlər, şəhid valideynləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və sakinlər Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini gün ərzində ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla anıblar.

"Unikal" xəbər verir ki, eyni zamanda, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinə baş çəkilib, burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu foto-stendlərə baxış keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən ümumrayon yığıncağı Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və zəngin dövlətçilik irsi barədə geniş məruzə ilə çıxış edib. Orxan Abbasov məzuzəsində vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev həmişə xalqına, Vətəninə bağlı olmuş, öz cəsarəti, müdrikliyi, vətənpərvərliyi ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını xalqımızın milli amallarına qurban verməyə hazır olduğunu dəfələrlə sübut etmişdir. Bugünkü müstəqil, demokratik, suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin yaratdığı şah əsərdir. Daşkəsənlilər həmişə olduğu kimi, bundan sonra da Ulu Öndər Heydər Əliyevin Azərbaycanda daim yaşayan və qalib gələn ideyalarına sədaqət və inam nümayiş etdirəcək, əvəzolunmaz qüdrətli siyasi lider cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək ölkəmizin hərtərəfli davamlı inkişafı üçün var qüvvəsini əsirgəməyəcəkdir.

Sonda “Heydər Əliyev. Zamanın fövqündə” sənədli filmi nümayiş etdirilib.

Seçilən
56
50
unikal.az

10Mənbələr