AZ

Pezeşkiyan: Rəşt Astara dəmir yolunun tikintisi qurtarmaq üzrədir

Azvision saytına istinadən ain.az xəbər verir.

Bu sözləri İran Prezidenti Məsud Pezeşkiyan Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən "Beynəlxalq Sülh və Etimad İli – 2025" forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşü əsnasında dilə gətirib. O vurğulayıb ki, yolun Tehran tərəfinə düşən qisminin 2026-cı ilin martınadək tamamilə çəkilib qurtarılması nəzərdə tutulur.

Putin və Pezeşkiyan görüşüblər | VİDEO

Məsud Pezeşkiyan layihənin icrasını şəxsən hər gün nəzarətdə saxladığını diqqətə çatdırıb. Məlumat üçün bildirək ki, 2023-cü ildə Rusiya və İran Fars körfəzinə çıxış imkanı qazanmaq üçün nəzərdə tutulan "Şimal-Cənub" layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair müqavilə imzalayıblar. Layihənin ümumi qiyməti 1,6 milyard avrodur. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
azvision.az

2Mənbələr