AZ

Dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilir

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

"Unikal" xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna yeni maddə əlavə olunur.

Həmin maddəyə görə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bu Qanunun 26-cı maddəsində göstərilən xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
2
unikal.az

3Mənbələr