AZ

Zelenski Rusiyanın ələ keçirdiyini iddia etdiyi Kupyanskda – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Kupyanska gedib.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski telegram kanalında video paylaşıb.
 

“Bu gün — Kupyansk istiqaməti. Burada Ukrayna üçün nəticə əldə edən döyüşçülərimizlə görüşdüm. Ruslar Kupyansk barədə çox danışırdılar, amma nəticəni görürük. Bura gəldim və uşaqları təbrik etdim”, — Ukrayna lideri bildirib.


Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov noyabrın 20-də Xarkov vilayətinin Kupyansk şəhərinin nəzarət altına alındığını açıqlamışdı.


Bizim.Media

Seçilən
29
1
bizim.media

2Mənbələr