AZ

Südə limon suyu sıxanda görün nə baş verir Marketə getməyə ehtiyac qalmadı VİDEO

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Evdə təbii pendir hazırlamaq prosesi sadə addımlarla həyata keçirilə bilər və bunun üçün yalnız süd və limon suyu kifayətdir.

Milli.Az xəbər verir ki, bu üsul həm təhlükəsiz, həm də qənaətcil variantdır.

Prosesi belə həyata keçirmək mümkündür: Süd orta istilikdə qızdırılır, qaynamağa başlamamalıdır. Daha sonra üzərinə 2-3 yemək qaşığı təzə sıxılmış limon suyu tökülür. Nəticədə süd dərhal qatılaşır, maye və qatı hissələr ayrılır. Qarışığı 5-10 dəqiqə saxladıqdan sonra qatı hissə incə süzgəcdən süzülür.

Hazırlanan kütlə kiçik bloklara və ya top şəklinə gətirilərək birbaşa istehlak edilə bilər və ya soyuducuda saxlanaraq dadını möhkəmləndirmək mümkündür.

Evdə pendir hazırlamağa marağı olanlar üçün bu üsul həm praktik, həm də qənaətcil variant olaraq tövsiyə edilir.

İsmayıl

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
1
news.milli.az

2Mənbələr