“Transfermarkt” platforması türkiyəli futbolçuların yenilənmiş bazar dəyərlərini elan edib.
Fanat.Az-ın məlumatına görə, siyahının zirvəsində “Real Madrid”in gənc ulduzu Arda Güler qərarlaşıb. Onun bazar dəyəri 90 milyon avroya yüksəlib.
Gənc hücumçu Kenan Yıldız isə 75 milyon avroluq dəyəri ilə Ardanın ən yaxın izləyicisi olub.
Ən dəyərli ilk 10 türk futbolçunun siyahısı belədir:
- Arda Güler – 90 milyon avro
- Kenan Yıldız – 75 milyon avro
- Can Uzun – 45 milyon avro
- Orkun Kökçü – 28 milyon avro
- Ferdi Kadıoğlu – 28 milyon avro
- Hakan Çalhanoğlu – 25 milyon avro
- Barış Alper Yılmaz – 25 milyon avro
- Kerem Aktürkoğlu – 23 milyon avro
- Yunus Akgün – 15 milyon avro
- Uğurcan Çakır – 15 milyon avro
Türk futbolçularının sürətlə yüksələn bazar dəyərləri onların Avropadakı təsirinin daha da artdığını göstərir.
Kamil Xudiyev