2025-ci ildə Ermənistan təkcə Rusiyadan deyil, həm də keçmiş postsovet məkanının digər ölkələrindən də taxıl alıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatından bildirilib.
Rusiya Ermənistana taxıl idxalında liderlik edir: 2025-ci ilin yanvar-noyabr aylarında onun payı, erməni bazarına tədarüklərin ümumi həcminin 99,8% (366,4 min ton) təşkil edib. Qalan 0,2% taxıl (1731.23 ton) digər ölkələrdən gəlib.
Buğda (1195.6 ton) Qazaxıstan, Belarus və Avstriyadan alınıb; Arpa (1.93 ton) – Avstriya, Almaniya və İtaliyadan; Qarğıdalı (533.7 ton) - Gürcüstan, Qazaxıstan, Ukrayna, Fransa və Avstriyadan.
Ermənistanın taxıl üçün orta illik tələbi təxminən 660 min tondur: bundan 460 min ton buğda, 106 min ton arpa, 93 min ton qarğıdalıdır.