AZ

Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü

Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar. Ajans.az xəbər verir ki, Baku TV-nin əməkdaşı "TikTok"da ucuz gizli kamera təklif edən bir şəxslə əlaqə saxlayıb. O isə jurnalistdən "WhatsApp"ı olan nömrə istəyib, daha sonra həmin nömrəyə gələn "OTP" kodunu yazandan sonra sifarişini göndərəcəyini bildirib. Ardınca isə həmin şəxsin nömrəsini ələ keçirib. "Mənim "WhatsApp" nömrəmi ələ keçirərək "TikTok" səhifəsinə əlavə edib və vətəndaşları aldatmaqla məşğuldur", - deyə o qeyd edib. İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov məsələ ilə bağlı bildirib ki, Azərbaycanda gizli kameraların satışı qeyri-qanuni fəaliyyət növüdür: "Sosial şəbəkələrdə bu cür cihazların satışının geniş vüsət aldığını görürük. Bu, çox vaxt anonim səhifələr üzərindən həyata keçirilir. Şirnikləndirici çağırışlarla vətəndaşları kiberdələduzluğa məruz qoyurlar". Daha ətraflı videomaterialda:

Seçilən
33
5
Ajans.az

7Mənbələr