AZ

V4 ölkələrində hər iki nəfərdən biri gündəlik həyatında stresslə üzləşir

Budapeşt, 13 dekabr, AZƏRTAC

Son sosial araşdırmalar göstərir ki, "Vışeqrad dördlüyünə" (V4) daxil olan ölkələrdə yaşayan hər iki nəfərdən biri gündəlik həyatında stresslə üzləşir.

AZƏRTAC xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun əsas səbəbləri sürətli həyat tempi, iş yerində gərginlik, eləcə də ailə və şəxsi münasibətlərdə yaşanan problemlərdir. Tədqiqat həmçinin üzə çıxarıb ki, təxminən hər üçüncü respondent maliyyə çətinlikləri, borclar və gündəlik xərclərlə bağlı daimi narahatlıq keçirir. Sorğuda 18–69 yaş arası internet istifadəçilərinin 49 faizi stressin fiziki və psixoloji sağlamlığa mənfi təsirindən şikayət edib. Respondentlər arasında vaxt çatışmazlığı, iş təzyiqi və maliyyə qeyri-sabitliyi əsas stress mənbələri kimi göstərilib. Araşdırma əhalinin rifahında maliyyə sabitliyi və vaxtın düzgün idarə olunmasının mühüm rol oynadığını vurğulayır. "Vışeqrad dördlüyünə" Macarıstan, Çexiya, Slovakiya və Polşa daxildir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

 

Seçilən
76
1
azertag.az

2Mənbələr