AZ

Azərbaycan və Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Bakı. Trend:

11-12 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Krallığındasəfərdə olub.

Trend xəbər verir ki, bubarədə XİN məlumat yayıb.

Səfər zamanı Banqkok şəhərində Azərbaycan Respublikasının Xariciİşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyiarasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Siyasi məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndəheyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, TailandKrallığının nümayəndə heyətinə xarici işlər nazirinin müaviniVijavat İsarabhakdi rəhbərlik edib.

Məsləhətləşmələr zamanı “Azərbaycan Respublikasının Xarici İşlərNazirliyi ilə Tailand Krallığının Xarici İşlər Nazirliyi arasındasiyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”imzalanıb.

Daha sonra iki ölkə arasında siyasi, iqtisadi-ticarət,mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı durumu vəgələcək inkişaf perspektivləri müzakirə olunub.

Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın daha dagenişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Müqabil tərəfə Azərbaycanın sülh gündəliyi, işğaldan azadedilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün görüləntədbirlər, eləcə də həmin ərazilərdə aparılan genişmiqyaslıyenidənqurma və bərpa işləri barədə məlumat verilib.

Tailand Krallığının xarici işlər naziri Sihasak Phuanqketkeovilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi münasibətlərinhazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Səfirliyin açılışınınvə ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığıngücləndirilməsinə töhfə verəcəyi bildirilib.

Eyni zamanda, nazir müavini Elnur Məmmədov Tailand KrallığıMilli Assambleyasının prezidenti və Nümayəndələr Palatasınınspikeri Vanmuhammadnoor Matha ilə görüşüb. Görüşdə ikitərəflimünasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm roluqeyd olunub, çoxtərəfli parlamentlərarası platformalarda təşəkkültapmış səmərəli əməkdaşlıq məmnunluqla vurğulanıb.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Tailandınnüfuzlu TNN televiziya kanalına, eləcə də parlamentin televiziyakanalına müsahibələr verib. O, həmçinin Azərbaycan xalqınınÜmummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Səfirliktərəfindən təşkil olunmuş mərasimdə iştirak edib.

Bununla yanaşı, xarici işlər nazirinin müavini Elnur MəmmədovTailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipokİnstitutunda Azərbaycanın xarici siyasət prioritetləri barədə çıxışedib və iştirakçıların suallarını cavablandırıb.

Məqalədə:
Seçilən
17
25
az.trend.az

10Mənbələr