Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla əldə edilmiş razılaşmalar çərçivəsində və onun xahişi ilə müxtəlif ölkələrin 123 vətəndaşını əfv edib.
Axar.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətindən bildirilib.
"ABŞ Prezidenti Donald Trampla əldə edilmiş razılaşmalar çərçivəsində və onun xahişi ilə Belarus kalium sahəsinə qarşı qanunsuz sanksiyaların ləğv edilməsi ilə əlaqədar bu addımı atdıq. Eyni zamanda Belarus əleyhinə digər qanunsuz sanksiyaların ləğvi prosesinin praktik müstəviyə keçməsi ilə əlaqədar casusluq, terror və ekstremist fəaliyyətlə bağlı cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 123 müxtəlif ölkə vətəndaşının əfv edilməsi barədə qərar qəbul edilib", - mətbuat xidməti bildirib.
Qeyd edək ki, Belarus prezidenti tərəfindən noyabrın sonunda qəbul edilmiş qərarlar da daxil olmaqla, əfv edilmiş şəxslərin ümumi sayı 156 nəfər təşkil edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.