AZ

Reynaldonu “Qarabağ”a gətirən menecer Bakıda! - klubdan yeni transferlə bağlı açıqlama

Bir müddət “Qarabağ”ın da formasını geymiş, uzun müddətdi menecer kimi çalışan Boyan İliç bu gün “Qarabağ”ın bazasında olub. Bu barədə serb menecer özü “instaqram” hesabında paylaşım edib.

Maraqlıdı, “Qarabağ” futbolçu transfer edir, qış “transfer pəncərəsi”nə hazırlaşır? Serb nə əcəb gəlib?

Mediada yazılanlara görə, “köhlən atlar” yeni futbolçu ilə anlaşıb. Klubun Marketinq və kommunikasiyalar departameninin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq:
“Bəli, gəlmişdi, amma tək. Hansısa transfer məsələsinə görə yox. Bazaya baş çəkmək istəyib deyə, gəlib. Komanda hazırda istirahətdədi”.
Xatırladaq ki, vaxtilə “Qarabağ”ın ulduzlarından olan Reynaldonu da məhz Boyan İliç gətirmişdi.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
63
1
football-plus.az

2Mənbələr