Ermənistan parlamentinin spikeri Alen Simonyan Tbilisidə keçirilən "Uşaq Avroviziyası - 2025" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Yağmur Nəsrullayevaya uğurlar arzulayıb.
Day.Az xəbər verir ki, bununla bağlı görüntülər "Telegram"da paylaşılıb.
Qeyd edək ki, hazırda Tbilisidə "Uşaq Avroviziyası - 2025" mahnı müsabiqəsinin 23-cü final mərhələsi keçirilir. Azərbaycan müsabiqədə 12 yaşlı Yağmur Nəsrullayeva ilə təmsil olunur. O, "Miau Miau" adlı mahnı ilə səhnəyə 2-ci nömrə altında çıxacaq.
Həmin videonu təqdim edirik: