Moskvada qəzaya uğrayan yüngül mühərrikli təyyarənin qalıqları tapılıb.
"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, təyyarə heyəti tibbi yardım üçün meşədən aerodroma təxliyə edilib.
Bu gün saat 17:30 radələrində Moskva yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində iki pilot olub və hər ikisi sağ qalıb.
İlkin məlumatlara görə, qəzaya səbəb təyyarə mühərrikinin sıradan çıxması olub.
"Cebheinfo.az"