AZ

Sumqayıtda 27 yaşlı hamilə qadının komaya düşərək ölməsində həkim səhvi var? VİDEO

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Sumqayıtda hamilə qadın xəstəxanada vəfat edib.Demokrat.az Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıtda iki azyaşlı uşaq anası, 27 yaşlı Zərifə Əliyeva özünü qəfil pis hiss etdiyi üçün yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı onun 8 həftəlik əkiz hamilə olduğu müəyyən edilib.Qadının vəziyyətinin stabil olmadığı bildirildiyindən, tibbi qərar əsasında hamiləliyin süni pozulması həyata keçirilib. Yaxınlarının iddiasına görə, məhz bundan sonra qadının vəziyyəti kəskin şəkildə ağırlaşıb.Zərifə Əliyevanın yaxınları bildirirlər ki, xəstəxana rəhbərliyi və tibb personalı əvvəlcə onları vəziyyətin ciddiliyindən xəbərdar etməyib və yalnız daha sonra "başınız sağ olsun" deyərək ölüm xəbərini veriblər.

Ailə baş verənlərdə həkim səhlənkarlığının olduğunu düşünür.Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
1
demokrat.az

2Mənbələr