AZ

Rusiyada azərbaycanlılara qarşı əməliyyat: Sabirabadlı avtoritet saxlanılıb

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya xüsusi təyinatlı polis qüvvələri Voronejdə azərbaycanlılara qarşı əməliyyat keçirib.

Reyting.az xəbər verir ki, bu barədə "Major's Burst" Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, həbs edilənlər arasında Voronej şəhərində nüfuz sahibi olan, "Alekseevskaya bazarı"nın nəzarətçisi, kriminal avtoritet Niyaz Zahidov da var.

N. Zahidov 2005-ci ildə Voronej məhkəməsi tərəfindən qəsdən adam öldürməyə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Azərbaycanda çəkib, vaxtından əvvəl azadlığa buraxılıb. Sabirabad Rayon Məhkəməsi tərəfindən məhkumluğu vaxtından əvvəl götürülüb.

O, bir neçə dəfə Voronejə getmək istəsə də, Rusiyaya buraxılmayıb. Zahidov 2019-cu ildə Rusiya vətəndaşlığını alıb.

Sonuncu dəfə polis tərəfindən saxlanılarkən Zahidovun Rusiya pasportu əlindən alınıb və qanunsuz miqrantlar üçün saxlama mərkəzinə göndərilib. Onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.(Teleqraf)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
2
reyting.az

3Mənbələr