AZ

Pol Poqba “Monako”nun “Marsel”ə qarşı oyununu buraxacaq

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba məşq zamanı sağ dizindəki problem səbəbindən komandasının Liqa 1-də “Marsel”ə qarşı 16-cı tur matçını buraxacaq.

İdman.Biz xəbər verir ki, sözügedən oyun 14 dekabrda keçiriləcək.

“O, yaxşı formada deyildi. Dizində yüngül vətər dartılması var. Bu, ciddi problem deyil”, - komandanın baş məşqçisi Sebastyen Pokonyoli klubun rəsmi saytına Poqbanın oyunu buraxma səbəbindən danışarkən bildirib.

Poqba dopinq qadağası səbəbindən 2025-ci ilin yayında azad agent statusunda “Monako”ya qoşulub. O, bu mövsüm Fransa çempionatında “Monako”da üç oyun keçirib və qol vurmayıb.

İdman.Biz

Seçilən
55
2
idman.biz

3Mənbələr