AZ

"Qalatasaray"ın keçmiş qapıçısı komandasını çempion etdi - VİDEO

Fernando Musleranın çıxış etdiyi "Estudiantes" klubu Argentina çempionu adını qazınıb.

Bizim.Media "Fanatik"ə istinadən xəbər verir ki, həlledici qarşılaşmada "Rasinq" ilə üz-üzə gələn "Estudiantes" oyun sonrası penaltilərdə çempionluğu təmin edib.
 

Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penalti seriyasında isə "Qalatasaray"ın keçmiş qapıçısı Muslera rəqib futbolçularının iki penaltisini dəf edib.


"Estudiantes" 11 metrlik zərbələrdə 5:4 hesabı ilə üstün olub. Qeyd edək ki, bu, uruqvaylı qapıçının karyerasında qazandığı 23-cü tituldur.


Bizim.Media

Seçilən
19
6
bizim.media

7Mənbələr