Ötən ilin nəticələrinə görə, Türkiyədə ana ölümü nisbəti tarixi minimuma – 11,5 faizə düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu ölkə parlamentində çıxışı zamanı bildirib.
O xatırladıb ki, hələ 2002-ci ildə ölkədə ana ölümü nisbəti hər 100 min doğuşa 64 hal təşkil edib.
Nazir körpə ölümü nisbətinin də azaldığını qeyd edib. “2024-cü ildə Türkiyədə hər min yeni doğulmuş körpədən orta hesabla 8,4 ölüm hadisəsi qeydə alınıb ki, bu da ölkə tarixində ən aşağı göstəricidir”, – deyə o diqqətə çatdırıb.
Kemal Memişoğlu, həmçinin parlament üzvlərinə Türkiyənin səhiyyə sistemindəki dəyişikliklər barədə məlumat verib. O qeyd edib ki, son 20 ildə ölkədə səhiyyə işçilərinin sayı 5 dəfə artaraq, 1,5 milyon nəfərə çatıb.
Son 23 ildə Türkiyədə səhiyyə müəssisələrinin 80-nin də təmir olunduğu bildirilib.