Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Son zamanlar quruda, dənizdə və havada əməliyyatlarını təkmilləşdirmək üçün İran ordusunun taktikalarında zəruri dəyişikliklər edilib”.
“Cebheinfo.az” xəbər verir ki, İran Ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi və koordinator müavini kontr-admiral Həbibullah Səyyari bildirib.
Admiral Səyyari bazar günü İran mediasına bildirib ki, Quru Qoşunlarının Baş Qərargahının dəniz, quru və hava qüvvələrinin döyüş qabiliyyətlərinin qiymətləndirilməsi davam edir.
"Bu qiymətləndirmələr zamanı ordunun yüksək komandanlığı şəxsi heyətin bacarıqları, silah hazırlığı, düşməni dəqiq müəyyən etmək üçün taktika və metodların uyğunluğu və kəşfiyyat məlumatları da daxil olmaqla bütün detalları nəzərə alır. Qiymətləndirmələr ordu şəxsi heyəti arasında yüksək əhval-ruhiyyəni göstərir", - deyə general Səyyari bildirib.
O əlavə edib ki, qiymətləndirmələr həmçinin "hücum və müdafiə avadanlıqlarının yaxşı vəziyyətdə olduğunu" göstərir.
"Silahlı qüvvələrin quruda, havada və dənizdə əməliyyatları zamanı qazanılan təcrübəyə əsaslanaraq ordunun taktikalarında zəruri dəyişikliklər edilib", - deyə vurğulayıb.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.