AZ

Sosial mediadakı bəzi kontentlər gənclərin səhv qərarlar verməsinə səbəb olur - Nazir müavini

Bakı. Trend:

Sosial mediada yayılan xurafat, radikalizm və nəticə etibariləekstremizmə yönələn kontentlərlə tanışlıq gənclərin yanlış qərarlarverməsinə səbəb olur.

Trend xəbərverir ki, bunu Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov bugün Bakıda Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrəDövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncəmədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransdabildirib.

Onun sözlərinə görə, gənclərdə milli-mənəvi dəyərlərinformalaşdırılması mühüm məsələdir:

"Bu sahədə təhsil sisteminin üzərinə böyük məsuliyyət düşür. Buprosesdə dini mədəniyyətin də rolu əhəmiyyətlidir. Dünyanı dərketməyin üç yolu var: elm, incəsənət və din.

Sosial mediada xurafat, radikalizm və son nəticədə ekstremizməyönəlmiş kontentlərlə tanışlıq gənclərin səhv qərarlar verməsinəgətirib çıxarır. Burada təhsilin rolu böyükdür. Orta məktəblərdə vəali təhsil müəssisələrində yalnız dini-maddi elementlərə deyil,daha çox mənəvi komponentlərə diqqət yetirilir. Təlim prosesindəmənəvi-əxlaqi dəyərlər aşılanmağa çalışılır. Milli-mənəvi dəyərlərəəsaslanan gənclər formalaşdırmalıyıq".

Seçilən
120
2
az.trend.az

3Mənbələr