AZ

Məktəblərdə dini biliklərin tədrisi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Dini biliklərin düzgün ötürülməsi, xüsusilə dini radikalizm, xurafat və məzhəbçiliklə mübarizə baxımından mövcud resurslardan əlavə yeni və perspektivli mənbələrə ehtiyac var”.

Paralel.az xəbər verir ki , bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. 

O bildirib ki, məktəblər dini maarifləndirmədə mühüm rol oynaya bilər:
 

“Bu baxımdan ilk ağla gələn vasitə təhsil və məktəblərdir. Milli-mənəvi dəyərlərin gənclər və yeniyetmələr arasında düzgün təbliği ilə yanaşı, dini biliklərin verilməsində də təhsil müəssisələrinin potensialından istifadə edilməlidir. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və ölkə dünyəvi dövlət kimi təhsildə şəriətlə bağlı məsələlərin yer almasına imkan vermir.


Lakin din yalnız şəriətdən ibarət deyil – onun mədəniyyət və mənəviyyat aspektləri də mövcuddur. Bu baxımdan məktəblərdə dini-mənəvi dəyərlərin mədəni və mənəvi yönlərinin düzgün çatdırılması, gənclərin dini maarifləndirilməsində təhsilin rolunun artırılması daha məqsədəuyğundur".

Seçilən
21
4
paralel.az

5Mənbələr