Portal qeyd edir ki, son dörd ölkə ABŞ Prezidenti Donald Tramp administrasiyasını dəstəkləyən hökumət mövqelərinə görə planla razılaşmır. Onlar hesab edirlər ki, Rusiya aktivlərinin müsadirəsi Ukraynada tez bir zamanda sülhün əldə olunmasına mane ola bilər.
Avropa Şurasının sədri Antoniu Kosta Aİ liderlərinin Brüsseldə keçiriləcək sammitində planı qəbul edib-etməməyi qərara alacaq. Hər iki seçim, həm planın davam etdirilməsi, həm də dayandırılması, Aİ üçün ciddi siyasi gərginlik və parçalanma riski daşıyır.
Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas sammitdə bildirmişdi ki, "reparasiya krediti"nin təsdiqi getdikcə çətinləşir. Eyni zamanda o qeyd edib ki, qərar ixtisaslaşdırılmış çoxluqla qəbul ediləcək, lakin Belçikanın dəstəyi olmadan bu, çətin olacaq, çünki Belçikada Rusiya aktivlərinin əksəriyyəti bloklanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31