AZ

Pedri Messinin rekordunu yenilədi

“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya təmsilçisinin heyətində La Liqada 150 rəsmi oyununu keçirib.

Msport.az xəbər verir ki, onun yubileyi La Liqanın XVI turunda “Osasuna” ilə matça təsadüf edib.

Bu oyun “Barselona”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Pedri 150 oyun həddinə çatmaqla “Barselona”nın sabiq futbolçusu Lionel Messinin rekordunu qırıb. O, La Liqada 150 matç Bu matç keçirən ən gənc “Barselona” oyunçusu adını qazanıb – 23 yaş 18 gün. Messinin rekordu isə 23 yaş 121 günə bərabər idi.

Qeyd edək ki, Pedri “Barselona”nın heyətində La Liqada debütünü 27 sentyabr 2020-ci ildə “Vilyarreal”a qarşı oyunda edib.

Seçilən
40
8
msport.az

10Mənbələr