AZ

Portuqaliya millisinin futbolçusu Kanselu onu videoya çəkən şəxsə hücum edib - VİDEO

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Juan Kanselu təyyarədə onu telefonla videoya çəkən sərnişinə hücum edib.

Moderator.az "Championat"a istinadən xəbər verir ki, reysin hansı istiqamətdə olduğu, futbolçu və zərərçəkmiş şəxsin harada olduğu məlum deyil.

Qeyd edək ki, 31 yaşlı cinah müdafiəçisi 2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edir. Cari mövsümdə portuqaliyalı futbolçu klub səviyyəsində 10 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Seçilən
109
50
moderator.az

10Mənbələr