AZ

"Ukrayna üçün əlimizdən gələni etməyə davam edəcəyik"

"Əgər NATO-ya üzvlükdən imtina Ukraynanın təklifi olarsa, Rusiya bu mövqeyi qəbul edə bilər.". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.

Nazir həmçinin vurğulayıb ki, Moskva Avropanın Ukraynanı dəstəkləməyə davam etmək niyyətindən xəbərdar olmalıdır. 

"Ukraynanın mümkün olan ən yaxşı danışıqlar mövqeyinə çatmasına və bu təcavüzkar müharibəyə cavab vermək üçün bütün lazımi vasitələrə sahib olmasını təmin etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik", - deyə o bildirib.

Zelenski əvvəllər Qərbdən təhlükəsizlik zəmanətləri müqabilində Ukraynanın NATO-ya qoşulmaq istəklərindən imtina etməyi təklif etmişdi.

Seçilən
46
1
operativmm.az

2Mənbələr