AZ

Yanğın təhlükəli sexlərin fəaliyyəti dayandırılıb (FOTO)

Bakı.Trend:

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədirayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 63A ünvanında yerləşənMəmmədov Ülvi Çingiz oğluna və Əlişzadə İlkin Əlipənah oğlunaməxsus avtomobil təmiri sexlərində keçirilən yoxlama zamanı yanğıntəhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həminnöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə vədövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənedilib.

Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, obyektlərdə ilkin yanğınxəbərverici siqnalizasiyaqurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- obyektlərin elektrik təsərrüfatı “Elektrik QurğularınınQuraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiqakt tərtib edilməyib;
- obyektlər odsöndürən balonlarla tam təmin olunmayıb və mövcudodsöndürən balonlara texniki qulluq göstərilməyib;
- obyektlərdə tezalışan sürtgü yağlarının saxlanması və istifadəsihəyata keçirilir;
- ⁠obyektlərdə layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdimedilməyib;
- ⁠sahibkar fəaliyyətini tikinti norma və qaydalarının müvafiqtələblərinə zidd olaraq çoxmərtəbəli yaşayış binasınınqeyri-yaşayış sahəsində təşkil edib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişBakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi,63A ünvanında yerləşən sexlərin fəaliyyətinin dayandırılması barədəQərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektlərinnümayəndələrinə təqdim edilib.

Yanğın
Yanğın
Yanğın
Yanğın
Yanğın
Məqalədə:
Seçilən
88
21
az.trend.az

10Mənbələr