15 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 saylı Yol İstismarı MMC ərazi partiya təşkilatında yığıncaq keçirildi.
Yığıncaqda YAP Daşkəsən rayon təşkilatı Aparatının məsul işçisi Sərdar Xıdırov iştirak etdi.
Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sərdar Xıdırov , ərazi partiya təşkilatının sədri Rövşən Məmmədov və başqaları Yeni Azərbaycan Partiyasının sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan geniş söhbət açdılar.
Yekunda yeni üzvlərə partiya vəsiqələri təqdim edildi və bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.