ain.az bildirir, Qol.az portalına istinadən.
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
ABŞ millisinin sabiq yarımmüdafiəçisi Maykl Bredli MLS təmsilçisi "Nyu-York Red Bullz" klubunun baş məşqçisi təyin olunub.
QOL.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb. M.Bredli əsas komandaya gətirilmədən öncə klubun gənclərdən ibarət kollektivinə rəhbərlik edirdi. Təyinatla bağlı fikirlərini bölüşən baş məşqçi bunları söyləyib:
"Futbolçu karyerama başladığım klubda baş məşqçi olmaq imkanı məni çox təsirləndirdi. Doğma ştatımda işləmək və azarkeşlərin layiq olduğu uğurları qazanmaq üçün işə başlamağı səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, "Nyu-York Red Bullz" üçün ötən mövsüm uğursuz alınıb. Belə ki, komanda Şərq Konfransında 10-cu pillədə qərarlaşaraq pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.