AZ

Braziliyada güclü külək Azadlıq Heykəlinin surətini uçurub

Bakı. Trend:

Güclü külək nəticəsində Braziliyanın Rio Qrande-du-Sul ştatınınQuaiba bələdiyyəsində yerləşən Azadlıq Heykəlinin surəti çöküb.

Trend xəbər verirki, bu barədə G1 portalı məlumat yayıb.

Məlumata görə, Azadlıq Heykəlinə bənzər abidə şiddətli fırtınazamanı postamentindən qoparaq aşmağa başlayıb. Portal qeyd edir ki,bölgə üçün saniyədə 25 metrdən çox külək sürəti ilə bağlıxəbərdarlıq edilib.

G1-in məlumatına əsasən, heykəlin postamenti də daxil olmaqlaümumi hündürlüyü 35 metr olub, uçaraq qopan hissənin hündürlüyü isə24 metr təşkil edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazi təhlükəsizlikməqsədilə mühasirəyə alınıb.

Seçilən
62
2
az.trend.az

5Mənbələr