AZ

FIBA Çempionlar Liqası: “Sabah” Berlində “Alba” ilə üz-üzə gələcək

Bu gün “Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının B qrup mərhələsində sonuncu oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Almaniyanın paytaxtı Berlində “Alba” klubu ilə qarşılaşacaq.

Görüş saat 23:00-da start götürəcək.

Qeyd edək ki, “Sabah” B qrupunda altı xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə doqquz xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncüdür.

İdman.Biz

Məqalədə:
Seçilən
162
5
idman.biz

5Mənbələr