Misli Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Premyer Liqanın 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib. "Kəpəz" mövsümün startında ardıcıl 15 görüşü "sülh"süz başa vurub.
Gəncə klubu 3 qələbə qazanıb və 12 dəfə uduzub. Bu, turnirin tarixində 14-cü belə hadisədir.
Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət alan "Gənclik" klubu nəzərə alınmasa, bunadək 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.
Sonuncu belə seriya 18 il əvvəl - 2007/2008 mövsümündə qeydə alınıb. "Gənclərbirliyi" "sülhsevməzlik" nümayiş etdirib.
Qeyd edək ki, ilk belə seriyaya 1992-ci ildə "Neftçi" imza atıb – 14 qələbə, 1 məğlubiyyət.
“Neftçi” evdə "Sumqayıt"la bacarmadı - YENİLƏNİB
II Liqa: XIII tura start verilib
“Neftçi” - “Sumqayıt”: START HEYƏTLƏR
Jorj Kaşkilya: "Nəticə istədiyimiz kimi olmadı"
Füzuli Məmmədov: "Matçın ədalətli nəticəsi bərabərlik idi"