AZ

Əraqçi Rusiyaya gedib

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"TASS" dövlət xəbər agentliyinin rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, onu hava limanında İranın Rusiyadakı səfiri Kazım Cəlali qarşılayıb. Məlumata əsasən, Abbas Əraqçi səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Tərəflər regional və qlobal məsələlər, habelə təhlükəsizlik və Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində əməkdaşlıq mövzuları haqqında müzakirələr aparacaqlar. Danışıqlarda həmçinin İranın nüvə proqramı ətrsfında formalaşan gərgin vəziyyətə də toxunulacaq. Yeri gəlmişkən, dünən Sergey Lavrov İran televiziyasına müsahibəsində Moskva-Tehran münasibətlərinin inkişafını Rusiyanın xarici siyasətinin prioritetlərindən biri adlandırmışdı:"İranla Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq perspektivlərimiz, ciddi ikitərəfli planlarımız var". Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
azvision.az

2Mənbələr