AZ

Deputat: Elektron siqaretlər onkoloji xəstəliyə xəbəb olur

BAKI, 16 dekabr. TELEQRAF

Elektron siqaretin onkoligiya xəstəliyinin yaranmasına da təsirləri var. Son illərdə onkologiya xəstələrinin sayı atrır. Ola bilsin ki, bu da səbəblərdən biridir.

Teleqraf xəbər verir ki, bunu Milli MəclisinAqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zaman deputat Əlibala Məhərrəmzadə deyib.

O bildirib ki, bu sirqatelər tütünlə bağlı olmadığı üçün, bizə iqtsiadi olaraq xeyrindən çox ziyanı var:

"Birmənalı olaraq elektron siqaretlərin Azərbaycanda təbliğatının, satışının, reklamının qadağan edilməsinin tərəfindəyəm. Çünki marketinq səbəbindən də insanlar buna meyil edirlər. Bizim xanımlarımız da kifayət qədər bundan istifadə edirlər. Bu, hər yerdə müşahidə olunur. Bu da çox pis haldır".

Seçilən
130
2
teleqraf.com

3Mənbələr