AZ

Cəlilabadda oğul atasını döydü

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cəlilabad rayonunda 1979-cu il təvəllüdlü Cəfər ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atası Mustafaya (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 12 iyun 2025-ci il tarixə keçən gecə, saat təxminən 1 radələrində rayonunun Muğan kəndində baş verib. Cəfər atası ilə birlikdə yaşadıqları evdə ailə-məişət zəminində mübahisə edib. Mübahisə zamanı atasını yumruqla döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Cəfərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən zaman içkili olduğu üçün hadisəni tam xatırlaya bilmir: “Hadisə yaşadığımız evdə baş verdi. Ailə problemləri ilə əlaqədar əsəbi olduğumdan hadisəni törətmişəm. Törətdiyim cinayət əməlindən peşmanam”.Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Cəfər aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
demokrat.az

1Mənbələr