AZ

Həbsdə olan sabiq məmurlar da azadlığa çıxacaq?

BAKI, 16 dekabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 min nəfəri əhatə edəcək amnistiya aktı elan olunacaq.

Teleqraf-ın məlumatına görə, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Qanuna uyğun olaraq, kimlərə amnistiyanın tətbiq edilməyəcəyi də müəyyənləşib.

Bu məqamda amnistiya aktının həbsdə olan sabiq məmurlara şamil edilib-edilməyəcəyi də müzakirə olunan məsələlərdəndir.

Lakin qanuna uyğun olaraq, hazırda həbsə olan sabiq məmurlara amnistiya düşməyəcəyi aydınlaşır.

Çünki VilyamHacıyev, Alimpaşa Məmmədov və Mahir Quliyev kimi sabiq icra başçılarını həbsə göndərən əsas səbəb rüşvət, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə olub.

Qanunda isə korrupsiya, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verən şəxsə amnistiyanın tətbiq olunmayacağı nəzərdə tutulur.

Seçilən
104
2
teleqraf.com

4Mənbələr