AZ

Almaniya Ukraynaya iki “Patriot” və bir “Iris-T” sistemi təhvil verib

Almaniya Ukrayna Silahlı Qüvvələrinə iki “Patriot” hava hücumundan müdafiə sistemi və doqquzuncu Iris-T sistemi təhvil verib, gələn il xeyli sayda AIM-9 “Sidewinder” raketi təhvil verməyi planlaşdırır.

Aznews.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

"Sonuncu görüşümüzdən bəri, avqust ayında vəd edilmiş iki “Patriot” sisteminin, eləcə də doqquzuncu “Iris-T” sisteminin təhvil verilməsi də daxil olmaqla, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmişik", - Pistorius deyib.

O bildirib ki, “Patriot”ların təhvil verilməsi Norveçin iştirakı ilə həyata keçirilib.

Seçilən
63
1
aznews.az

6Mənbələr