AZ

DƏHŞƏT Sumqayıtda 16 yaşlı gənc bıçaqlandı

Ajans.az  xəbər verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Tunar Rəşad oğlu Şahmuradov münaqişə zəminində bıçaq xəsarətləri alıb. Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Nicat Teymur oğlu Adıgözəlli şübhəli şəxs qismində saxlanılıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, dekabrın 16-da, saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Seçilən
79
16
Ajans.az

10Mənbələr