AZ

Tramp ABŞ-yə giriş qadağasını GENİŞLƏNDİRDİ – Siyahıya yeni ölkələr ƏLAVƏ OLUNDU

Tramp ABŞ-yə giriş qadağasını genişləndirib, siyahıya yeni ölkələr əlavə olunub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 5 ölkənin vətəndaşlarına və Fələstin pasportu daşıyanlara viza verilməyəcək.

ABŞ prezidenti Donald Tramp əcnəbilərin ölkəyə girişi ilə bağlı məhdudiyyətlər siyahısını genişləndirib.

Vətəndaşlarının ABŞ-yə girişi qadağan edilən ölkələrin siyahısına Burkina-Faso, Mali, Niger, Cənubi Sudan və Suriya daxil edilib.

Bundan əlavə, qadağa Fələstin Muxtariyyəti tərəfindən verilmiş sənədlərə sahib olan şəxslərə də şamil olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
86
11
interpress.az

10Mənbələr