BAKI, 17 dekabr. TELEQRAF
Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi Sidneydə törədilən terror aktının sağ qalan icraçısına dekabrın 17-də rəsmi ittiham irəli sürəcək.
Teleqraf xəbər verir ki, bu barədə ştatın polis rəhbəri Mal Lenyen məlumat verib.
Lenyen bildirib ki, Bondi çimərliyində insanlara atəş açan Navid Akram dekabrın 16-da komadan çıxıb. Onun sözlərinə görə, istintaq orqanları dərmanların təsirinin azalmasını və şübhəlinin vəkil tapmasını gözləməli olub.
Polis rəhbəri günün sonuna qədər hücum edən şəxslə danışmağı planlaşdırdığını da qeyd edib.