AZ

İnstaqramdan növbəti yenilik  

    İnstaqram növbəti yeniliyini təqdim etməyə hazırlaşır. “Reels”ləri artıq yalnız yalnız mobil cihazlarda deyil, televizorlarda da izləmək mümkün olacaq. Platforma “IG for TV” adlı yeni təcrübəni sınaqdan keçirməyə başlayıb. Yeni funksiya ilk mərhələdə “Amazon Fire TV” cihazlarında əlçatan olacaq. İnstagram bununla televizor məkanında dominant olan “YouTube” ilə rəqabəti gücləndirməyi hədəfləyir.

    “IG for TV” istifadəçinin hesabına uyğun şəkildə fərdiləşdirilir, onun maraqlandığı mövzulara və izlədiyi kontentlərə əsaslanır. Videoları bəyənmək, şərhlərə baxmaq və “Reels”i yenidən paylaşmaq da mümkündür.

    İstifadəçilər “IG for TV”yə bir ev daxilində beş hesab əlavə edə bilərlər. Alternativ olaraq, yalnız televizor üçün ayrıca hesab yaratmaq da mümkündür.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Seçilən
136
azerbaijan-news.az

1Mənbələr